82 baxış
Bu yazını paylaşın
Dünya

Şotlandiyada uşaqları döymək rəsmən qadağan olundu

08 Noyabr 2020
Şotlandiyada uşaqları döymək rəsmən qadağan olundu

Şotlandiyada uşaqlar, 16 yaşa qədər yeniyetmələrlə bağlı fiziki cəzaların tətbiqinin qadağan olunduğu qanun rəsmən qüvvəyə minib.

Bu barədə Telejurnal.az REPORT-a istinadən xəbər verir.

Qeyd edilir ki, yeni qanun ölkə sakinlərinə tərbiyə məqsədli şapalaqları da tərgitdirir.

“Mən çox şadam ki, Şotlandiya Böyük Britaniyada uşaqları böyüklər kimi zorakılıqdan eyni müdafiəni təmin edən qanunu qəbul edən ilk ölkə oldu”, – uşaq haqları üzrə görə səlahiyyətli şəxs Meri Todd bildirib.

O əlavə edib ki, uşaqlara qarşı qəddarlığa bəraət qazandırmaq olmaz.

Yeni qanun ötən il qəbul edilib, ancaq dünən qüvvəyə minib. Daha əvvəl Şotlandiyada valideynlərə və qəyyumlara uşaqları cəzalandırmağa icazə verilirdi.

Qeyd edək ki, dünyada ilk dəfə 1979-cu ildə İsveçdə şapalağa qadağa qoyulub. Şotlandiya bu siyahıda 57-ci ölkə olub. Güman edilir ki, analoji qanun gələn ilin yanvarında Uelsdə bəyəniləcək. Əgər qanun qəbul edilsə, onda 2022-ci ildən qüvvədə olacaq. İngiltərə və Şimali İrlandiya hazırda belə tədbirləri qəbul etməyi planlaşdırmır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…