30 baxış
Bu yazını paylaşın
Maraqlı

Son dövrlər xarici xüsusi xidmət orqanlarına işləyən vətəndaşların həbsi bizi ehtiyatlı olmağa vadar edir – RƏY

19 May 2023

Son dövrlərdə xarici xüsusi xidmət orqanlarına işləyən vətəndaşların müəyyən edilməsi və həbsi bizi daha da ehtiyatlı olmağa vadar edir.

Bunu “Telejurnal” a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

“Mən bizi deyəndə, ümumilikdə sadə vətəndaşları nəzərdə tuturam. Düzdür, Azərbaycanın xüsusi xidmət orqanları xarici güclərin toruna düşən casusları kifayət qədər peşəkarlıqla tez bir zamanda ifşa edir və zərərsizləşdirir. Bununla belə dediyim kimi, sadə vətəndaşlar ayıq-sayıqlığı əldən verməməlidirlər”, – deputat bildirib.

Onun sözlərinə görə, müxtəlif ölkələrin, xüsusilə də yaxın və uzaq qonşularına düşməncəsinə yanaşan dövlətlərin əsas silahlarından biri məhz casus şəbəkəsidir, bu baxımdan Ermənistanın və İranın Azərbaycanda sözügedən istiqamətdə fəallığı da kimsəyə sirr deyil.

V.İskəndərov bu məsələdə sosial media üzərindən olan təsadüfi tanışlıqlardan da uzaq durulmasını vacib sayır:

“Bəlli olduğu kimi, sosial şəbəkə üzərindən başlanan “dostluq” nəticəsində vətəndaş xarici xüsusi xidmət orqanlarının toruna düşür. Yəni, əvvəlcə vətəndaş ələ alınır və son nəticədə pul, hansısa vədlər və ya təhdid qarşılığında dövlət sirrini yayır, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarının nökərinə çevrilir. Hesab edirəm ki, Azərbaycan vətəndaşları belə bir qurbana çevrilməmək üçün sosial şəbəkələrdəki tanışlıq zamanı həddindən artıq ehtiyatlı olmalı, tanımadıqları şəxslərə ölkə ilə, həmçinin konkret yaşadığı ərazi barədə heç bir məlumat verməməlidirlər. Çünki verəcəyiniz hər hansı kiçik bir məlumat sonradan sizi qarşı tərəfin köləsinə, daha konkret desək, casusa, vətən xaininə çevirir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…