56 baxış
Bu yazını paylaşın
Dünya

Son bir ayda Ermənistan MTX-yə ikinci direktor təyin edilib

09 Noyabr 2020
Son bir ayda Ermənistan MTX-yə ikinci direktor təyin edilib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinə Armen Abazyan yeni direktor təyin edilib.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan uyğun sərəncam imzalayıb.

Bildirilib ki, Armen Sarkisyanın başqa bir sərəncamı ilə Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, direktor vəzifəsini icra edən Mikael Ambarsumyan tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, oktyabrın 8-də Armen Sarkisyanın sərəncamı əsasında Arqişti Kərəmyan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad olunub. Onun səlahiyyətlərini Mikael Ambarsumyan icra edib.

Yeri gəlmişkən, 2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyində tez-tez kadr dəyişikliyi olur. Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək xidmətin direktoru işləyib. Keçmiş müavini Eduard Martirosyan ötən il sentyabrın 19-da Artur Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etməyə başlayıb. O, bu il martın 19-da bu vəzifəyə təyin olunmuşdu. İyunun əvvəlində E.Martirosyan tutduğu vəzifədən azad edilib. Onun yerinə 29 yaşlı Arqişti Kərəmyan gətirilmişdi.

Bu baxımdan son bir ayda Ermənistanın Milli Təhlükəsizlik Xidmətində baş verən ikinci dəyişiklikdir.

Xatırladaq ki, hazırda müxalifətdə olan Vətən Partiyasının sədri A.Vanesyan xarici dövlətlərdən birinin casusu olmaqda da şübhəli bilinir. Bir müddət əvvəl onun başçılıq etdiyi “Vətən” silahlı dəstəsi Qarabağda darmadağın edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…