34 baxış
Bu yazını paylaşın
İctimai

Son 14 ildə Azərbaycanda 7 dini qurum ləğv olunub

21 İyun 2023

“Azərbaycanda 2009-cu ildən bu günə qədər 7 dini qurum ləğv edilib”.

Telejurnal-ın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, 2009-cu illə müqayisədə 2023-cü ildə dini qurumların qeydiyyata alınması prosesi iki dəfə çoxalıb: “Belə ki, 2017-ci ildə bu göstərici 760, 2019-cu ildə 940 olub. 2023-cü ildə isə dövlət qeydiyyatına alınan dini qurumların sayı 1002-dir”.

Dövlət Komitəsinin sədr müavini bildirib ki, 2009-cu ildən bu günə qədər ləğv edilən dini qurumların sayı 7-dir: “Hazırda ölkədə 958 islam, 37 isə qeyri-islam təmayüllü dini qurum dövlət qeydiyyatına alınıb”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…