48 baxış
Bu yazını paylaşın
Dünya

Şolz Ukraynaya sursatların tezliklə çatdırılmasının vacib olduğunu qeyd edib

16 Mart 2023

 

Almaniya kansleri Olaf Şolz Kiyevə sursatın tez bir zamanda çatdırılmasının vacibliyini vurğulayaraq, Almaniyanın avropalı tərəfdaşları ilə birlikdə Ukraynaya hərbi yardımı davam etdirəcəyini bildirib.

 

TELEJURNAL  xəbər verir ki, Şolz cümə axşamı Bundestaqda hökumətin bəyanatını açıqlayarkən deyib.

“Avropalı tərəfdaşlarımızla birlikdə Ukraynanı mövcudluğunu qoruması, müstəqil dövlət kimi qalması, həmçinin özünü müdafiə etməsi üçün Kiyevi silah və texnika ilə təmin etməyə davam edəcəyik. Hazırda Ukraynanı lazımi sursatla operativ şəkildə təmin etmək xüsusilə vacibdir”, – deyə o qeyd edib.

“Avropa Şurasının iclasında Aİ tərəfdaşlarımızla birlikdə daha yaxşı və davamlı təchizatı təmin etmək üçün əlavə addımlar atacağımız barədə müzakirələr aparacağıq. Silah və sursatların kəmiyyəti ilə yanaşı onların zamanında döyüş bölgəsinə çatdırılması da xüsusi əhəmiyyət kəb edir. Biz bütün bunları diqqət mərkəzində saxlamağa çalışırıq”, – Almaniya hökumətinin başçısı bildirib.

Eyni zamanda o, Almaniya hökumətinin Ukraynaya ikitərəfli yardımının həcminin 14 milyard avrodan çox olduğunu xatırladıb. Bundan əlavə, onun sözlərinə görə, Aİ Kiyevə təkcə bu il ümumi məbləği 18 milyard avro olan birbaşa büdcə yardımı şəklində geniş dəstək verib.

Qeyd edək ki, Avropa Şurasının iclası martın 23-24-də Brüsseldə keçiriləcək

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…