54 baxış
Bu yazını paylaşın
Dünya

Şolts Ərdoğanı Almaniyaya dəvət edib

29 May 2023

Almaniya Kansleri Olaf Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Almaniyaya dəvət edib.

”Telejurnal.az” xəbər verir ki, bu barədə Almaniya Kanslerinin Ofisi məlumat yayıb.

Bildirlib ki, Olaf Şolts Türkiyə Respublikasının yenidən seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanla bu gün telefonla danışıb və onu seçkidə qalib gəlməsi münasibətilə təbrik edib.

“Kansler Almaniya ilə Türkiyə arasında sıx əlaqələri, NATO-da ortaq müttəfiqliyi vurğulayıb. Tərəflər hökumətlər arasında əməkdaşlığa gücləndirmək və ümumi prioritetlər barədə razılığa gəliblər. Digər məsələlərlə yanaşı, onlar Şərqi Aralıq dənizində vəziyyətin müsbət istiqamətində dəyişməsini, NATO-da qəbul edilən qərarlar və Türkiyənin Avropa İttifaqı ilə münasibətləri üzərində birgə işləmək istədiklərini bəyan ediblər. Bu məqsədlə federal kansler yenidən seçilən prezidenti Berlinə səfərə dəvət edib”, – deyə Almaniya Kanslerinin Ofisindən bildirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…