235 baxış
Bu yazını paylaşın
İqtisadi

SOCAR və tərəfdaşlarının maliyyələşdirdiyi kibertəhlükəsizlik və data təhlili kursları davam edir

21 Dekabr 2021

SOCAR və Cənubi Qafqaz Boru Kəməri (CQBK) Şirkətində iştirak payına malik tərəfdaş şirkətlərin maliyyələşdirdiyi kibertəhlükəsizlik və data analitikası üzrə peşəkar kurslar 222 nəfərin iştirakı ilə davam edir.

‘TELEJURNAL’ SOCAR-dan AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, artıq 195 nəfər birinci modulu bitirərək sertifikat qazanıb.

Qeyd edək ki, kibertəhlükəsizlik qrupundan 7 nəfər vaxtından əvvəl 8 modul üzrə kursu tamamlayıb və Peşəkar Sertifikat əldə edib. Onların da 5 nəfəri SOCAR əməkdaşıdır. Bu Peşəkar Sertifikatı qazananlar dinamik kibertəhlükəsizlik sahəsində çalışan işçi qüvvəsinə qoşulmaq üçün əsas bilik və bacarıqlarını inkişaf etdirib, təkmilləşdirib. SOCAR-ın əməkdaşı İftixar Şamilov da kibertəhlükəsizlik üzrə təlimin bütün modullarını tez bir zamanda uğurla başa vurub. İndi isə Data analitikası təlimlərinə qoşulması üçün proqramda iştirakı təmin olunub.

azertag.az/xeber/SOCAR_ve_terefdaslarinin_maliyyelesdirdiyi_kibertehlukesizlik_ve_data_tehlili_kurslari_davam_edir-1957036

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…