87 baxış
Bu yazını paylaşın
İqtisadi

SOCAR və tərəfdaşları Massaçusets Texnologiya İnstitutunda Azərbaycan vətəndaşları üçün distant “MikroMaster” proqramını təşkil edir

29 Yanvar 2022

SOCAR və Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki (SCPC) tərəfdaşları Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birlikdə Massaçusets Texnologiya İnstitutunda (MIT) 35 dövlət qulluqçusunun “MikroMaster” proqramı çərçivəsində “Data, iqtisadiyyat və inkişaf siyasəti” üzrə təliminə başlayır.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, on ay müddətində distant formada keçiləcək “MikroMaster” proqramı iştirakçıların milli inkişaf strategiyaları və inkişaf layihələri hazırlamaq, həyata keçirmək, qiymətləndirmək üçün bütün lazımi bilik və bacarıqlarla təmin edilməsi məqsədi daşıyır. Fevralın 1-də başlayacaq təlimdə iqtisadiyyat üzrə Nobel mükafatçıları Ester Duflo və Abhijit Banerji, bir sıra MIT professorları iştirakçılara mikroiqtisadiyyat, təsadüfi qiymətləndirmələrin dizaynı və tətbiqi, sosial elmdə data analizi, inkişaf siyasətinin əsasları və ali inkişaf iqtisadiyyatı, siyasi iqtisadiyyat və iqtisadi inkişaf kimi 5 əsas fənni tədris edəcəklər.
Müxtəlif nazirlik və dövlət qurumlarından seçilmiş 107 namizəd proqramda iştirak etmək üçün 2021-ci ilin noyabr ayında Dövlət İmtahan Mərkəzi tərəfindən ingilis dili və riyaziyyat fənləri üzrə imtahandan keçirilib.
On dörd dövlət qurumunu təmsil edən 35 namizəd uğur qazanaraq 2021-ci il dekabr və cari ilin yanvarında 2 aylıq intensiv hazırlıq kursuna cəlb edilib və UNEC professorları tərəfindən aparılan bu kursu müvəffəqiyyətlə başa vurub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…