26 baxış
Bu yazını paylaşın
İdman

SOCAR və “Qalatasaray” arasında sponsorluq müqaviləsinin maliyyə detalları açıqlanıb

12 İyul 2023

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyə “Qalatasaray”ı arasında sponsorluq müqaviləsinin maliyyə detalları bəlli olub.

Telejurnal klubun rəsmi saytına istinadən xəbər verir ki, SOCAR qarşılıqlı əməkdaşlıq çərçivəsində İstanbul təmsilçisinə hər il üçün 5 000 000 avro ödəyəcək.

Bu isə o deməkdir ki, 3 illik sponsorluq sözləşməsinin ümumi dəyəri 15 000 000 avro təşkil edəcək.

Klub vəsaitin hansı istiqamətlərə xərclənəcəyini daha sonra açıqlayacaq.

Qeyd edək ki, “Qalatasaray” 2023-2024-cü il mövsümündə UEFA-nın bayrağı altında təşkil olunacaq bütün rəsmi klub turnirlərində (Çempionlar Liqası, Avropa Liqası ve Konfrans Liqası daxil olmaqla) SOCAR loqosu ilə çıxış edəcək.

SOCAR, həmçinin mediada “Qalatasaray Futbol Komandasının Enerji Sponsoru” ifadəsindən istifadə etmək hüququna da sahib olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…