35 baxış
Bu yazını paylaşın
İqtisadi

SOCAR Türkiyədə aviayanacaq istehsalını azaldıb

31 İyul 2023

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu (NEZ) 2023-cü ilin may ayında aviayanacaq istehsalını öncəki ilin may ayı ilə müqayisədə 16,3 faiz azaldıb.

Telejurnal.az Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatlarına istinadən xəbər verir ki, 2023-cü ilin may ayında zavod 110 576 aviasiya yanacağı istehsal etdiyi halda 2022-ci ilin həmin ayında bu göstərici 132 180 ton olub.

COVID-19 ilə əlaqəli məhdudiyyətlər ucbatından aviasiya yanacağına tələbat azaldıqda STAR 1,6 milyon ton aviasiya yanacağının istehsalı üçün nəzərdə tutulmuş istehsal gücünü operativ şəkildə dizel yanacağının istehsalına yönəldib. Məhdudiyyətlər aradan qalxdıqdan sonra zavod artmaqda olan tələbatı qarşılamaq üçün aviasiya yanacağı istehsalını bərpa edib.

Ümumi dəyəri 6,3 milyard ABŞ dolları olan STAR zavodu 2018-ci ilin oktyabrında işə salınıb. Layihə xərclərinin təqribən 3,3 milyard dolları borc vəsaitlərinin hesabına qarşılanıb.

STAR zavodunun illik emal gücü 10 milyon tona yaxındır. Zavod gündəlik 214 000 barel xam neft emal etmək gücündədir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…