61 baxış
Bu yazını paylaşın
İqtisadi

“SOCAR Petroleum” Sumqayıtda yeni YDM istifadəyə verdi

06 Noyabr 2020
“SOCAR Petroleum” Sumqayıtda yeni YDM istifadəyə verdi

Bu gün Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi 208 ünvanında “SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

Bu barədə “Report”a “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli məlumat verib.

Onun sözlərinə görə, bununla da ümumilikdə respublikamızda “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 36-a çatdırılıb.

O bildirib ki, Sumqayıt şəhəri daxil olmaqla Saray qəsəbəsi və Sumqayıt-Novxanı istiqamətinə hərəkət edən avtonəqliyyat vasitəsi sahibləri üçün bu YDM daha əlverişlidir: “Yeni istifadəyə verilmiş məntəqədə 5 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “SUPER”, “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb”.

Qeyd edək ki, “SOCAR Petroleum” QSC-nin (QSC) 36 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə sıxılmış təbii qaz (CNG) terminalı və CNG şəbəkəsi olan QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər vardır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…