60 baxış
Bu yazını paylaşın
İqtisadi

SOCAR Pakistanla LNG tədarükünə dair saziş imzalayacaq

24 İyul 2023

Bu gün Pakistan və Azərbaycan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə dair hökumətlərarası saziş imzalayacaqlar.

Bu barədə   Pakistanın “The News” nəşrinə istinadən məlumat verib.

Bildirilib ki, saziş 100 % Pakistan dövlətinə məxsus olan “Pakistan LNG Limited” (PLL) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Trading Company-UK” şirkətləri arasında imzalanacaq. İmzalanma mərasimində Pakistanın Baş naziri Şahbaz Şərifin də iştirakı gözlənilir.

Saziş daha bir il müddətinə uzadılmaq imkanı ilə bir il müddətinə imzalanacaq. Müqaviləyə əsasən, “SOCAR Trading Company-UK” müvafiq çatdırılma pəncərəsinin başlamasına 45 gün qalmış bir LNG daşıma təklif edəcək və hər bir yük təklifinin PLL-nin təklifi qəbul edə biləcəyi müəyyən bitmə tarixi olacaq.

Pakistanın səbəb göstərmədən təklifi qəbul etmək və ya rədd etmək seçimi olacaq. Şəffaflığı təmin etmək üçün Pakistan Nazirlər Kabineti LNG yüklərinin ən rəqabətli qiymətə təklif olunmasını təmin etmək üçün alqoritmi təsdiqləyib.

Bu alqoritm bir neçə uyğunluq meyarını müəyyən edir, o cümlədən LNG yanacaq tələbləri, ay ərzində digər yanacaq mənbələri ilə qiymət rəqabəti və alış etmək üçün kifayət qədər xarici valyutaya malik olmaqdan ibarətdir.

Bundan əlavə, təklif olunan qiymət LNG indeksləri üçün əvvəlki 30 günün orta qiymətindən aşağı olmalı və yükün təklif edildiyi gün mövcud olan ən aşağı qiymət olmalıdır.

Bu unikal kommersiya sazişində Pakistan bir il ərzində təklif edilən bütün 12 göndərişdən heç bir səbəb göstərmədən imtina etmək hüququna malikdir.

Bu saziş Pakistana Azərbaycanın geniş ticarət şəbəkəsi vasitəsilə dünyanın hər yerindən aşağı qiymətli LNG əldə etmək üçün misilsiz imkan verir.

Sazişə uyğun olaraq, qiymət müvafiq çatdırılma pəncərəsindən 45 gün əvvəl hər bir göndəriş üçün MMBtu üçün ABŞ dolları ilə təklif olunacaq. LNG yük həcmi 3,2 milyon MMBtu +/- 5 % təşkil edəcək və ödəniş PLL fakturasının alındığı gündən 30 gün ərzində həyata keçiriləcək.

Qeyd edək ki, bu gün SOCAR Aralıq dənizi hövzəsi, Asiya və digər regionlar daxil olmaqla çox geniş coğrafiyada LNG alışını və satışını həyata keçirir. LNG üçüncü şəxslərdən alınır. Okeanlara birbaşa çıxış olmadığı üçün bu məhsul Azərbaycandan ixrac edilmir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…