İqtisadi
SOCAR İsveçrədə YDM sayını 200-ə çatdırdı
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədəki törəməsi – “SOCAR Energy Switzerland” şirkəti İsveçrədə yanacaqdoldurma məntəqələrinin (YDM) sayını 200-ə çatdırıb.
Bu barədə Telejurnal.az Report-a istinadən xəbər verir.
Məlumatda qeyd edilir ki, şirkət daha 3 YDM açıb. Şirkət 198-ci məntəqəsini Stalvedro, 199-cu məntəqəsini Mayringen, 200-cü məntəqəsini isə İnnertkirxen qəsəbələrində işə salıb.
Qeyd edək ki, “SOCAR Energy Switzerland” şirkəti İsveçrə bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur. 2012-ci ildə SOCAR və “ExxonMobil” şirkətləri arasında imzalanan müqavilə əsasında “Esso Switzerland” şirkətinin aktivləri SOCAR-ın nəzarətinə keçib.
Sizin reklamınız burada ola bilər.
Oxşar paylaşımlar
“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…
Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…