63 baxış
Bu yazını paylaşın
Siyasi

SOCAR-ın Türkiyədəki neft emalı zavodunda planlı təmir işlərinin tezliyi uzadılacaq

12 May 2023

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR Neft Emalı Zavodunun gələn il planlaşdırılmış dayandırılması bir neçə məqsəd daşıyır.

bu barədə “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri və “Petkim Petrokimya Holding”in Baş direktoru Anar Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, neft emalı zavodu istifadəyə veriləndən sonra birinci dəfə dayandırılacaq və ilk növbədə planlaşdırılmış profilaktik işlərinin aparılması məqsədini daşıyır: “Digər məqsəd – zavodda planlı təmir işlərinin aparılması qrafikində təzliliyin uzadılmasını təmin etməkdir. Zavodda aparılacaq əlavə tədbirlər nəticəsində zavodun dayandırılma tezliyi dörd ildən beş ilədək uzadılacaq”.

A.Məmmədov onu da əlavə edib ki, müəssisənin təqribən iki aylıq – 45-60 günlük planlı profilaktik işlərinin aparılması üçün dayandırılması şirkət üçün itkilər deməkdir: “Zavodun planlı təmirlərə dayandırılması təzliliyin uzadılması maliyyə baxımından müsbət təsir göstərəcək. Belə ki, bu, 40 milyon ABŞ dolları civarında qənaət deməkdir”.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavodun illik xam neft emal gücü 10 milyon tondan 2022-ci ildə 11 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…