28 baxış
Bu yazını paylaşın
Siyasi

SOCAR: “Hədəflərimizdən biri Azərbaycan və region ölkələrinin enerji təhlükəsizliyidir”

21 İyun 2023

Dövlət Neft Şirkətinin (SOCAR) qarşısındakı hədəflərdən biri Azərbaycan və region ölkələrinin enerji təhlükəsizliyini təmin etməkdir.

Telejurnal  xəbər verir ki, bunu SOCAR-ın prezident Rövşən Nəcəf bu gün Bakıda keçirilən İnsan Resursları Zirvəsində bildirib.

“Enerji təhlükəsizliyini təmin edərkən isə dayanıqlı, davamlı və mütərəqqi texnologiyalardan istifadə etmək lazımdır. Bunu həyata keçirmək və qarşıya qoyulmuş hədəflərə doğru inamla irəliləmək üçün bütün resurslardan ən vacibi və ən önəmlisi insan resurslarıdır. Hazırda ən çox mübarizə aparılan resurslar da insan resurslarıdır.

İnsan resurslarının və insan kapitalınaın inkişafı daimi prosesdir. Müsir dövrdə hər bir insanın harada təhsil almasından asılı olmayaraq, daimi dinamik inkişafda olmasına, özünü inkişaf etdirmək üçün təlimlərə qoşulmasına ehtiyac var”, – deyə o qeyd edib.

R.Nəcəfin sözlərinə görə, SOCAR-ın uzun müddət həyata keçirdiyi xaricdə təhsil proqramları çərçivəsində xeyli sayda insan xaricdə təhsil alıb və hazırda şirkətdə çalışır: “Onlar əldə etdikləri biliklərlə və SOCAR-da qazandıqları təcrübə ilə qurumun inkişafına töhfə verirlər. Lakin uğur bir komandanın hesabına olur, bir insanın xaricdə təhsil alması ilə olmur. Bu uğur SOCAR ailəsinin uğurudur. Çünki xaricdə əldə edilmiş bilik və bacarıqlar təcrübə olmadan gözlənilən zəruri faydanı vermir. Eyni ilə təcrübə daimi olaraq təkmilləşməsə, yeni biliklər, yeni bacarıqlar və yeni baxışlarla zənginləşməsə, lazım olan töhfəni verməyəcək”.

“Bu baxımdan məqsədimiz SOCAR daxilində bilik və bacarıqları, kreativ düşüncə tərzini və təcrübəni bir araya gətirmək, onları vahid formada istifadə edərək nəyə isə nail olmaqdır. Bu baxımdan müxtəlif qrup insanlar komanda şəklində cəmləşməli, işini vahid amal, vahid hədəf, vahid konsepsiya və dəyər üzərində qurmalıdır. Bizim hazırda çalışdığımız və daimi olaraq inkişaf etdirdiyi korporativ dəyərlərimiz SOCAR-ın bütün təbəqələrində yayılmalıdır. Bu dəyərlərdən biri də mütəmadi təkmilləşmə, daimi inkişaf və öyrənmədir”, – deyə o qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…