69 baxış
Bu yazını paylaşın
İctimai

SOCAR Ceyranbatanda kanalizasiya sularının sakinlərin həyətinə axmasına aydınlıq gətirib

19 İyun 2023

Ceyranbatanda yeraltı neft kəmərinə yaxın məsafədə yeraltı məişət-kanalizasiya xəttinin dolaraq məişət-kanalizasiya-yağış suları sakinlərin həyətlərinə axması intensiv yağışın yağması və kanalizasiyanın daşması nəticəsində baş verib.

Bu barədə   Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunmuş qurumlar, həmçinin Neft Kəmərləri İdarəsinin müvafiq xidmətləri tərəfindən araşdırmalar aparılıb və qarışığın kəmərdən neft sızması ilə əlaqəli olmadığı müəyyən edilib.

Qurum qeyd edib ki, nəql əməliyyatı dayandırılmayıb və kəmərə heç bir ziyan dəyməyib.

Xatırladaq ki, iyunun 18-də saat 22:10 radələrində SOCAR-ın Neft Kəmərləri İdarəsinin Abşeron istehsalat bölümünün Abşeron rayonunun Ceyranbatan yaşayış sahəsində Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərinin 31-ci km hissəsinə yaxın məsafədə yeraltı məişət-kanalizasiya xəttinin dolaraq məişət-kanalizasiya-yağış suları sakinlərin həyətlərinə axması intensiv yağışın yağması və kanalizasiyanın daşması nəticəsində baş verib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…