63 baxış
Bu yazını paylaşın
Uncategorized

Sloveniyalı futbolçular Azərbaycanla oyundan danışdılar

09 Noyabr 2020
Sloveniyalı futbolçular Azərbaycanla oyundan danışdılar

“Niyə burada olduğumuzu yaxşı bilirik. İki oyun qrupdakı taleyimizi həll edəcək. Həmin matçlarda bacardığımız qədər çox xal toplamaq və ilk pilləyə yüksəlmək üçün əlimizdən gələni etməliyik”.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, bu fikirləri Sloveniya yığmasının futbolçusu Amedey Vetrix “rtvslo.si” saytına açıqlamasında UEFA Millətlər Liqasında Kosovo və Yunanıstanla keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

30 yaşlı yarımmüdafiəçi bildirib ki, noyabrın 11-də Azərbaycan millisi ilə yoldaşlıq matçı rəsmi görüşlərə hazırlıq xarakteri daşıyacaq: “Bu matça boşluqları görmək, mövqeləri gücləndirmək və əvvəlki qarşılaşmalarda göstərdiyimiz müsbət dinamikanı davam etdirmək üçün çıxacağıq. Hər şeyə nikbin yanaşmalıyıq. Çünki yaxşı komandamız var. Bunu daha əvvəl sübut etmişik. Yenidən yüksək səviyyədə oynamalıyıq”.

Koronavirusdan yenicə sağalan Sloveniya yığmasının digər yarımmüdafiəçisi Nino Kouter isə komandanın yaxşı vəziyyətdə olduğunu söyləyib: “Qarşıda Azərbaycanla yoldaşlıq oyunumuz var. Daha sonra 6 xal qazanmalı olduğumuz iki vacib matça çıxacağıq”.

Qeyd edək ki, Sloveniya – Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də start götürəcək. Rəqib noyabrın 15-də Millətlər Liqasında Kosovonu qəbul edəcək, 3 gün sonra isə Yunanıstanın qonağı olacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…