13 baxış
Bu yazını paylaşın
Siyasi

Slovakiya XİN: “Ölkəmizdə Azərbaycan səfirliyinin açılması qərarını yüksək qiymətləndiririk”

07 İyun 2023

“Slovakiya Azərbaycanın bu ölkədə səfirlik açmaq qərarını yüksək qiymətləndirir”.

Bu barədə  Slovakiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Slovakiya və Azərbaycan arasında intensiv siyasi dialoq və yüksək səviyyəli təmaslar qurulub. İkitərəfli münasibətlərimizdə bir çox sahələrdə əməkdaşlığımızın daha da inkişafına ciddi maneə yoxdur. Biz Azərbaycanın Slovakiyada səfirlik açmaq qərarını yüksək qiymətləndiririk. Bunu qarşılıqlı addım, dostluq münasibətlərimizin təsdiqi və əməkdaşlığımızın intensivləşdirilməsində maraqlı olduğumuzun ifadəsi kimi qəbul edirik”, – XİN-dən bildiriblər.

Qeyd olunub ki, Slovakiya Azərbaycanı iqtisadi imkanlarla zəngin ölkə kimi qəbul edir: “Biznes potensialının araşdırılması bizim əsas prioritetlərimizdən biridir. Ümumilikdə, hazırkı səylərimiz daha dayanıqlı əsas yaratmağa və iqtisadi əməkdaşlığımıza daha sistemli yanaşma nümayiş etdirməyə yönəlib. Bu məqsədlə biz bir çox sahələrə daha çox diqqət ayırırıq”.

Xatırladaq ki, iyunun 6-7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya işgüzar səfər edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…