26 baxış
Bu yazını paylaşın
Dünya

Slovakiya Prezidenti ölkə vətəndaşlarına Ukrayna ordusunda xidmət etməyə icazə verib.

19 İyul 2022

Slovakiya prezidenti Zuzana Çaputova ölkənin ilk dörd vətəndaşına Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa icazə verib.

TELEJURNAL. az “Report” -a istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Martin Strijinets bildirib.

Strijinetsin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq üçün müraciəti nəzərdə tutan 10 ərizədən dördü təmin edilib.

O, həmçinin vurğulayıb ki, Çaputova slovakların müraciətlərinə baxarkən Müdafiə, Daxili İşlər və Xarici İşlər nazirliklərinin tövsiyələrinə uyğun hərəkət edib.

Slovakiya qanunvericiliyinə əsasən, ölkə vətəndaşları yalnız prezidentin icazəsi ilə başqa dövlətlərin silahlı qüvvələrinə qoşula bilərlər.

İyulun əvvəlində Slovakiyanın Baş naziri Eduard Heqer bildirmişdi ki, ölkəsi Ukraynanı tanklar və MiQ-29 döyüş təyyarələri ilə təmin edə bilər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…