293 baxış
Bu yazını paylaşın
İqtisadi

Siyəzən sahibkarlarının qaz təchizatı ilə bağlı problemləri dinlənilib

20 Yanvar 2022

“Azəriqaz” İstehsalat Birliyinin (İB) rəhbər şəxsləri “Açıq mikrofon” aksiyası çərçivəsində Siyəzən şəhərində sahibkarlarla növbəti dəfə görüş keçiriblər.

“TELEJURNAL” xəbər verir ki, İB-dən AZƏRTAC-a bildirilib ki, birliyin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev çıxış edərək bundan əvvəl keçirilən görüş zamanı daxil olan müraciətlərin həlli istiqamətində görülən işlər barədə məlumat verib. Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev birliyin baş direktoru Ruslan Əliyevin göstərişinə əsasən yenidən bu ünvanda aksiyanın keçirilməsinin vacibliyini vurğulayaraq yaranan, sahibkarları narahat edən məsələlərdə onlara köməklik ediləcəyini bildirib.
Sahibkarlıq subyektləri bu cür aksiyaların davamlı şəkildə təşkil edildiyi, yaranan problemlərin qısa zamanda həllini tapdığı üçün birlik rəhbərliyinə təşəkkür ediblər. Hər zaman olduğu kimi, “Səyyar qəbul otağ”ı sahibkarlarla yanaşı, vətəndaşların da ixtiyarında olub. Ağbaş, Kiçik Həmyə və Zarat kəndlərinin sakinləri də aksiyada iştirak ediblər. Onlar yeni yaşayış massivlərinin qazlaşdırılmasını birlik rəhbərliyindən xahiş ediblər. Görüşdə, həmçinin birliyin digər struktur bölmələrinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri də iştirak ediblər.
Qeyd edək ki, bu, Siyəzən sahibkarları ilə təşkil olunan sayca ikinci görüşdür. Bundan əvvəl, ötən il oktyabrın 28-də birliyin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov sahibkarlarla görüşərək onların problemləri ilə maraqlanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…