343 baxış
Bu yazını paylaşın
Siyasi

Siyasi ekspert: Moskva Bəyannaməsi Azərbaycanın uzun illər apardığı ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir

23 Fevral 2022

Moskva Bəyannaməsi Azərbaycanın uzun illər apardığı ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Azərbaycan-Rusiya münasibətlərini hazırki zirvəyə çatdıran “mərtəbələr” Moskva Bəyannaməsinin preambulasında xüsusi qeyd edilib. Preambulada Rusiya ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il 3 iyul tarixli müqavilə, Rusiya ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında 2008-ci il 3 iyul tarixli Bəyannamə və ölkə prezidentlərinin 2018-ci il 1 sentyabr tarixli Birgə Bəyanatı fevralın 22-də imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin sütunları kimi göstərilib.
“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri müsahibəsində siyasi ekspert Elşən Məcidov söyləyib.
O deyib: “Moskva Bəyannaməsi Azərbaycan ilə Rusiya arasında münasibətləri yeni mərhələyə yüksəltdi. Bəyannamə Azərbaycan üçün ekzistensional əhəmiyyət kəsb edən şimal qonşumuzla münasibətləri yeni mərhələyə qaldırmaqla yanaşı, onun Ermənistanla müttəfiqlik münasibətlərinə zərbə endirmiş olur”.
Siyasi ekspert bildirib ki, Moskva Bəyannaməsinin müvafiq bəndləri qarşılıqlı ərazi bütövlüyünün və suverenliyin tanınması, diaspor fəaliyyətinin inkişafını, mədəni-humanitar, iqtisadi-siyasi münasibətlərin inkişafı, “öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə” alınması və s. bu kimi vacib məsələləri özünə daxil edir. Bu isə ən azından Rusiyada Azərbaycan diasporunun daha da möhkəmlənməsinə gətirib çıxaracaq.
Bəyannamənin istər preambula hissəsində (“regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə”, “Tərəflərin MDB məkanında inteqrasiya proseslərinin inkişaf etdirilməsində maraqlı” olmaları), istərsə də bəndlər hissəsində (“…regionda sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və …Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş …bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək”) Ermənistanın konstruktiv siyasət əsasında regional layihələrdə iştirak etməsi üçün vektorlar müəyyənləşdirilib. Bu, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli razılaşmaların bəndlərinin icrası deməkdir.

Beləliklə, Moskva Bəyannaməsi Ermənistanı Azərbaycan üçün hər iki halda fayda ilə yekunlaşacaq dilemma qarşısında qoyur: ya ölkəmizin ərazi bütövlüyünü tanımaq, sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirtmək və sülh müqaviləsini imzalamaq şərtləri ilə Azərbaycan və Rusiya arasında yeni əməkdaşlıq perspektivlərinə qoşulmaq, ya da ənənəvi destruktiv siyasəti davam etdirərək özünün Rusiya ilə münasibətlərinin zəifləməsini, Azərbaycanın isə əksinə, əlaqələrinin möhkəmlənməsini kənardan müşahidə etmək.
Moskva Bəyannaməsinin daha bir vacib özəlliyi tərəflərin öz üzərinə qarşılıqlı yardım ilə bağlı öhdəlik götürməməsidir. Bəyannamənin 16-cı bəndinə əsasən: “Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər”. Cari bənddə “hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla” və “nəzərdən keçirə bilərlər” kimi ifadələr aparıcıdır. Birinci ifadə Azərbaycanın Türkiyə, Rusiyanın isə Ermənistan ilə hərbi-siyasi öhdəliklərini özündə ehtiva edir. Beləliklə, biz Moskva Bəyannaməsi ilə Şuşa Bəyannaməsi arasında ziddiyyətin olmadığını müşahidə edirik. Cari müqavilə Rusiyanın Türkiyə ilə gələcəkdə istənilən potensial gərginliyi zamanı Azərbaycan üzərinə hər hansı bir öhdəlik və ya təzyiqi istisna edir. Eynilə bu bənd vasitəsilə Rusiya Ermənistan ilə hərbi-siyasi sazişlərini sığortalamış olur. Bununla belə, ikinci ifadə də xüsusi diqqət tələb edir. 16-cı bəndin “hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər” ifadəsi ilə yekunlaşması, Azərbaycanı Rusiya qarşısında hər hansı bir hüquqi öhdəlikdən azad edir. Belə ki, nəzərdən keçirmək siyasi-hüquqi öhdəliyi deyil, manevr etmək azadlığını özündə ehtiva edir.
“Beləliklə, Rusiya ilə imzalanan Bəyannaməni Azərbaycanın Aİ ilə son yüksəksəviyyəli əməkdaşlığı ilə qarşılıqlı əlaqədə nəzərdən keçirmək vacibdir. Azərbaycanın xarici siyasəti balanslaşdırma prinsipinə söykəndiyindən son proseslərə bu prizmadan baxış formalaşdırmaq olar. Azərbaycanın Aİ-nın enerji təminatında iştirakının artırılması ölkəmizin bu qüdrətli qurum ilə münasibətlərini yeni mərhələyə qaldırdı. Bu kontekstdə balanslaşdırma siyasətinə sadiq qalmaq üçün Rusiya ilə münasibətləri də yeni, daha yüksək səviyyəyə qaldırmaq zəruri idi. Məhz bu səbəbdən Azərbaycan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannaməni imzalamağı qərarlaşdırdı”, – deyə E.Məcidov bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…