25 baxış
Bu yazını paylaşın
Siyasi

Siyasi ekspert: Azərbaycanın sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində yürütdüyü çevik siyasət ABŞ kimi super güc tərəfindən yüksək qiymətləndirilir

22 Mart 2022

ABŞ Prezidenti Co Baydenin Azərbaycanın dövlət başçısına Novruz bayramı münasibətilə ünvanladığı təbrik məktubunda əməkdaşlığa sadiqliyin xüsusi olaraq vurğulanması ölkəmizə verilən böyük dəyərin ifadəsidir.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri açıqlamasında siyasi ekspert, politoloq Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəylinin sözlərinə görə, Prezident Baydenin bu yanaşması sübuta yetirir ki, Birləşmiş Ştatlar Azərbaycanın sülh, əməkdaşlıq, təhlükəsizlik və tərəqqiyə verdiyi töhfələri yüksək dəyərləndirir: “Hazırda bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən bu istiqamətlərdə Vaşinqton-Bakı əlaqələrinin genişləndirilməsi üçün geniş imkanlar var. Məktubda qarşıdan gələn dövrdə ABŞ-ın ölkəmizlə daha sıx əməkdaşlıqda maraqlı olmasının ifadə edilməsi iki dövlət arasında Bakı-Vaşinqton əlaqələri üçün ənənəvi olmayan digər istiqamətlərdə də münasibətlərin dərinləşdirəcəyinə işarə edir”.
Ekspertin sözlərinə görə, Co Baydenin məktubunda yer alan istiqamətlər, o cümlədən regional barışığın əldə olunması ilə bağlı məqam Azərbaycanın regionda yaratdığı reallıqların qlobal miqyasda qəbul olunduğunu, ölkəmizin suveren hüquqlarına hörmət bəslənildiyini, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, davamlı sülhün əldə olunması prosesinə, məhz mövcud reallıqlar çərçivəsindən yanaşıldığını təsdiqləyir.
O qeyd edib ki, son bir ay ərzində Türkiyə və Azərbaycan prezidentləri arasında 3 dəfə telefon danışığı olub, bir dəfə isə görüş keçirilib. Bundan başqa, Azərbaycan Prezidenti ilə NATO-nun Baş katibi Yens Stoltenberq, Polşa Prezidenti Anjey Duda, Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Moldova Prezidenti Maya Sandu, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Rumıniya Prezidenti Klaus Yohannis və Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Bunlarla yanaşı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consondan, Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən, Fransa Respublikasının Prezidenti Emmanuel Makrondan Prezident İlham Əliyevə ölkəmizin regionda həyata keçirdiyi siyasətə dəstəyin ifadə olunduğu məktublar ünvanlanıb”.

E.Mirzəbəylinin fikrincə, ABŞ Prezidenti Co Baydendən məktubunu və bu məktubda qarşılıqlı əməkdaşlığın inkişafına böyük önəm verildiyini də nəzərə alsaq, ölkəmizin regional, subregional və qlobal proseslərdəki rolunun bundan sonra da artacağını, Azərbaycanın Cənubi Qafqazda və daha geniş arealda sülhün, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın istinad nöqtəsinə çevriləcəyini, mübaliğəyə yol vermədən söyləmək mümkündür.
Azərbaycanın dünyada baş verən kəskin, ziddiyyətli dəyşikliklər fonunda özünün qlobal öhdəliklərinə sadiq qaldığını sözdə deyil, əməldə nümayiş etdirməsi sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində yürütdüyü çevik siyasət, dünyanın aparıcı dövlətləri, o cümlədən ABŞ kimi super güc tərəfindən də yüksək qiymətləndirilir.
“Bu gün Azərbaycan sülhün, əmin-amanlığın, təhlükəsizliyin, humanizm dəyərlərinin keşiyində dayanan və təəssüf ki, sayı bir o qədər də çox olmayan dövlətlərdən biri kimi daha ədalətli dünya naminə səylərini əsirgəmir, uzun illərdən bəri yalnız bəşəriyyətin işıqlı, xoşbəxt gələcəyinə, çoxmədəniyyətliliyin təşviqinə, dialoqa, dinc və firavan birgəyaşayışa xidmət edən siyasət yürüdür, öz timsalında kiçik ölkənin böyük məsuliyyət nümunəsini göstərir , – deyə Elçin Mirzəbəyli vurğulayıb.
Siyasi ekspert onu da əlavə edib ki, Azərbaycan Prezidentinə ünvanlanan məktublar ölkəmizin həyata keçirdiyi siyasətin diqqət mərkəzində olduğunu və təqdir edildiyini göstərir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…