1110 baxış
Bu yazını paylaşın
Maraqlı

“Simpsonlar” cizgi filmi haqqında maraqlı faktlar

26 İyun 2023

Simpsonlar (The Simpsons) — Mett Qreyninq tərəfindən yaradılmış ABŞ istehsalı olan bir cizgi filmidir. Homer, Marc, Bart, Liza və Meggi üzvlərindən ibarət Simpsonlar ailəsinin həyatından bəhs olunur. Serial uydurma qəsəbə olan Sprinqfilddə cərəyan edir, amerikan mədəniyyətini, cəmiyyətini və televiziyasını parodiya edir.

Simpsonlar ailəsi Qrouninq tərəfindən James L. Brooks ilə əvvəlcə bir dəqiqəlik qısa animasiya olaraq hazırlandı. Qrouninq yaratdığı ailədəki obrazlara öz ailə fərdlərinin adlarını verib. Öz adının yerinə Bart adını istifadə edib. Qısa animasiyalar ilk dəfə 19 aprel 1987-ci ildə “The Tracey Ullman Show”-da göstərilməyə başlamışdır. Üç sezon keçirdikdən sonra cizgi filmi yarım saata qədər uzadıldı.

Bu satirik cizgi filmi özündə orta statistik amerikalının həyat tərzini əks etdirir, siyasət və din kimi bir çox aktual mövzulara toxunur. Bu cizgi filmində eynicinsdən olanların nigahı, darvinist və kreasionistlərin mübarizəsi, İraq müharibəsi kimi ciddi mövzular da kölgədə qalmamışdır.

Təsadüfi deyildir ki, “Time” jurnalı 1998-ci ildə “Simsonlar” cizgi filmini 20-ci əsrin ən yaxşı cizgi filmi kimi elan etmişdir.

Yaşıdımız olan bu multfilm dünyanın ən uzun mult-serialı olmaqla, həm də ən uzun sitkom və ən çox sayda ulduzların dəvət aldığı televiziya serialı kimi də Ginnesin Rekordlar Kitabına düşüb.

Bundan başqa, 2013-cü ildə ən yaxşı qısametrajlı animasiya filmi nominasiyasında Oskar, 4 müxtəlif kateqoriyada 27 dəfə “Emmi”, 3 dəfə British Comedy Awards və digər mükafatlar alıb. “Time” jurnalı onu, “yüzilliyin ən yaxşı televiziya serialı” “Empire” jurnalı isə “bütün dövrlərin ən yaxşı televiziya şousu” adlandırıb. Serialın şərəfinə Hollivudun “Məşhurlar Xiyabanı”nda ulduz da var. Hal-hazırda dünyanın yüzdən çox ölkəsində tanınır.

Simpsonlarda illər öncə yayımlanan bölümlərində yer alan bir çox hadisəni əvvəlcədən bilməsi ilə diqqət çəkdi.

ABŞ prezidenti Trump-ın seçiləcəyini bilməyi Simpsonların kəhanətləri sırasındadır.

Ağıllı telefonlar icad edilməmişdən əvvəl, Simpsonların 1994-cü ildə yayımlanan Lisa on İce bölümündə ağıllı telefona rast gəlirik. Logo da isə hazırda ən sevilən Apple şirkətinin ‘alma’ şəkli var.

1995-ci ildə yayımlanan 6-cı sezon 5-ci bölümdə isə ağıllı saat görülür.

2024 KƏHANƏTİ- Son olaraq da cizgi filmin senaristlərindən olan Al Jean, cizgi filmin Trump-ın 2024-cü ildə keçiriləcək seçimlər üçün namizədliyini 2015-ci ildə öngörücülüyünü ortaya çıxardı. Keçdiyimiz günlərdə əvvəlki ABŞ prezidenti Donald Trump, 2024-cü il Prezidentlik seçkiləri üçün namizədliyini elan etdi.

SİMPSONLARDA GERÇƏK OLMASI GÖZLƏNİLƏN KƏHANƏTLƏR:

Acgözlü şirkətlər ekoloji bir faciəyə səbəb olacaq və çirklənmiş yerlərdən qorunmaq üçün bir günbəz qurulacaq.

Simpsonlara görə Trump-dan sonra Amerikanın prezidenti qadın olacaq.

Angelina Jolie və Brad Pitt pis bir boşanma sonrası stressdən kilo alacaqlar.

Bəs sizcə bu kəhanətlərin çıxması sadəcə bir təsadüfdür yoxsa? Mənim fikrimi soruşacaq olarsaz, yox..

Aytac Haciyeva

 

 

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…