39 baxış
Bu yazını paylaşın
Siyasi

Şimali Koreya ABŞ-a xəbərdarlıq edib

10 İyul 2023

ABŞ kəşfiyyat təyyarəsi Şimali Koreyanın hava məkanını pozarsa vurulacaq.

Telejurnal xəbər verir ki, bu barədə KXDR müdafiə departamentinin rəsmi nümayəndəsinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji kəşfiyyat təyyarəsi Şərq dənizinin üzərində məhv edilə bilər. Vurğulanıb ki, iyulun əvvəlində Amerikanın iki kəşfiyyat təyyarələri, həmçinin “RQ-4 Global Hawk” strateji pilotsuz uçan aparatı Koreya yarımadası üzərində uçuşlar həyata keçirib.

Belə ki, iyulun 2-dən iyulun 9-dək olan müddətdə ABŞ təyyarəsi tərəfindən KXDR-in hava məkanının pozulması ilə bağlı bir neçə hal qeydə alınıb.

“Hazırda maksimum səbir və dözüm nümayiş etdiririk, lakin hər şeyin öz həddi var. ABŞ-ın bütün təxribatçı hərəkətləri dərhal dayandırılmalıdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…