54 baxış
Bu yazını paylaşın
İqtisadi

“Silk Way West Aviaşirkəti” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

24 Dekabr 2021

Dekabrın 27-də “Silk Way West Aviaşirkəti” MMC-nin növbəti istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

‘TELEJURNAL’ BFB-dən AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 10 min ədəd, nominal qiyməti min dollar, illik faiz dərəcəsi 5 faiz, tədavül müddəti 3 ildir. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Qeyd edək ki, noyabrın 15-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Silk Way West Aviaşirkəti” MMC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.

https://azertag.az/xeber/Silk_Way_West_Aviasirketi_MMC_nin_istiqrazlarinin_yerlesdirilmesi_uzre_herrac_kechirilecek-1960610

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…