48 baxış
Bu yazını paylaşın
İqtisadi

Sığortaçılar Assosiasiyasının nümayəndə heyəti Türkiyənin sığorta təcrübəsi ilə tanış olub

25 Noyabr 2021

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) Türkiyəyə ilk işgüzar səfərini həyata keçirib.

‘TELEJURNAL’ xəbər verir ki, ASA-dan AZƏRTAC-a bildirilib ki, səfər Assosiasiya ilə Türkiyə Sığorta Birliyi (TSB) arasında imzalanmış memorandum çərçivəsində baş tutub. ASA-nın icraçı direktoru Elmar Mirsalayev və Assosiasiyanın nümayəndə heyəti qardaş ölkənin müxtəlif sığorta təşkilatları və şirkətləri ilə görüşlər keçirərək Türkiyənin sığorta təcrübəsi ilə yaxından tanış olublar.

Səfər çərçivəsində Türkiyə Sığorta Birliyinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə iki ölkə arasında sığorta sahəsində münasibətlərin formalaşdırılması, eyni zamanda, kadr və təcrübə mübadiləsi istiqamətində imkanlar müzakirə edilib. TSB sədri Atilla Benli ASA rəhbərliyini 2022-ci ildə İstanbulda keçiriləcək ənənəvi “Sığorta həftəsi”nə fəxri qonaq olaraq dəvət etdiyini bildirib.

Bir ildir ölkəmizdə yerli sığorta bazarı iştirakçılarının kadr potensialının təkmilləşdirilməsi, eyni zamanda, sığortaçıların bilik və bacarıqlarının artırılması istiqamətində kütləvi təlimlər təşkil edən Türkiyə Sığorta İnstitutu Vəqfinin (TSEV) rəhbərliyi ilə də görüş keçirilib. Görüşdə yerli bazarın tələbatına uyğun olaraq növbəti mərhələdə təşkil olunacaq yeni təlimlərin istiqamətlərinin müəyyənləşdiriləcəyi ilə bağlı razılığa gəlinib.

Eyni zamanda, Türkiyədə həyat sığortası, qeyri-həyat sığortası və təkrarsığorta seqmentləri üzrə fəaliyyət göstərən sığorta şirkətləri ilə də görüşlər təşkil olunub. Bu görüşlərdə qardaş ölkənin sığorta bazarında tətbiq edilən trendlər və müşahidə olunan tendensiyalarla bağlı məlumat ASA təmsilçilərinə təqdim olunub. Şirkətlərlə təşkil olunan görüşlərin yekununda təcrübə-məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə ölkəmizdə müvafiq istiqamətlər üzrə çalışan sığortaçıların Türkiyə sığorta mütəxəssisləri ilə zoom-görüş və vebinarların təşkil olunacağı ilə bağlı razılıq əldə olunub.

Dünya təcrübəsinin öyrənilməsi və yerli bazarda tətbiq olunması məqsədilə təşkil olunan bu kimi səfər və tədbirlər növbəti mərhələdə də davamlı şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, 2020-ci il dekabrın 21-də Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanmışdı.

https://azertag.az/xeber/Sigortachilar_Assosiasiyasinin_numayende_heyeti_Turkiyenin_sigorta_tecrubesi_ile_tanis_olub-1935066

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…