47 baxış
Bu yazını paylaşın
İctimai

“Sığınacaqda məskunlaşmış uşaqlar üçün art terapiya” seanslarının təşkili layihəsi başa çatıb

11 Yanvar 2023

Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Mübariz Quliyevin TELEJURNAL-a  verdiyi məlumata görə, şirkət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Sosial Dəstək Mərkəzi” publik hüquqi şəxsinin elan etdiyi tender layihəsini uğurla yekunlaşdırıb.

“Sığınacaqda məskunlaşmış uşaqlar üçün art terapiya” seanslarının təşkili layihəsi üzrə 3 yaş qrupları üzrə (3-6, 7-10 və 11-16 yaş qrupları) art terapiya təlimlərinin keçirilib.

Qeyd edək ki, layihə 3 yaş qrupu üzrə aşağıdakı mövzuları əhatə edib:

1) 3-6 yaş qrupu üzrə
• Hazır modellə kiçik motorikanın təyini və davamlı fəaliyyətə cəlb etmə;
• Sərbəst fiqurlarin çəkilməsi ilə kiçik motorikanın təyini;
• Sərbəst çəkmək və oyuna qoşulma;
• Hazır modellə kiçik motorikanın təyini, davamlı fəaliyyətə cəlb etmə və biliklərin yoxlanılması;
• Yarım çəkilmış obrazların tamamlanması və oyuna qoşulma;
• Peşələrlə tanışlıq, hekayə qurma;
• Boş üzlərin mimikalarla ifadə olunması və şəkli tamamlama.

2) 7-10 yaş qrupu üzrə
• Yeni həyata uyğunlaşma bacarıqlarının təhlili;
• Özünəmünasibət, şəxsiyyətin identikliyinin təhlili;
• Ailədaxili münasibətlərin obrazlara köçürülmə yolu ilə ifadə olunması;
• Daxili mənin tamlığının, daxili konfliktlərin təyini;
• Motiv və stimulun təyini;
• Psixososial inkişafın təyini;
• Ailə üzvləri, yaxın insanlara münasibət tərzinin təhlili;
• Özünüifadə, emosionallığın,koqnitiv bazanın təyini.

3) 11-16 yaş qrupu üzrə
• Fərdi Xarakterin xüsusiyyətlərinin aşkarlanması;
• Özünəmünasibət, şəxsiyyətin idendikliyinin təhlili;
• Məqsədlilik və həyata yanaşma;
• Motiv və stimulun təyini;
• Sosial mənşəli travmanın aşkarlanması, psixososial inkişafın təyini;
• Özünəmünasibət və özünəinam;
• Daxili mənin tamlığı,daxili konfliktlərin təyini;
• Ailə üzvləri yaxın insanlara münasibət tərzinin təyini kimi mövzuları əhatə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…