50 baxış
Bu yazını paylaşın
Siyasi

Sevinc Fətəliyeva: Milli və dini münaqişələrdən çıxış yolu multikulturalizmi və tolerantlığı təbliğ və təşviq etməkdir

29 Aprel 2022

Tolerantlıq müasir, liberal demokratiyaların fəaliyyəti üçün həyati əhəmiyyət kəsb edir. Fərdi hüquq və azadlıqların qorunduğu cəmiyyətlərdə düşüncə və nitq, dil, din, dəyərlər kimi müxtəlifliklərə müəyyən qədər dözümlülük tələb olunur. Bu gün demokratiya üçün əvvəllər təqdim olunan təhdidlərə terrorizm, miqrasiya, ekstremizm, ksenofobiya, etnik separatizm, islamofobiya kimi yeniləri də əlavə olunub. Bu gün Avropa demokratiyaları təhlükə altındadır.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun “Avropada demokratiyanı qoruyub saxlamaq və təşviq etmək” adlı məruzənin müzakirələri zamanı deyib. Bildirib ki, Avropada islamofobiya meyilləri genişlənir. Bu ideologiyanın yayılmasının səbəblərindən biri də Qərb mediasının İslama və müsəlmanlara qarşı həqiqətə uyğun olmayan, qərəzli məlumatların yayılmasıdır. Bəzən ictimai-siyasi xadimlər də bu kampaniyalara qoşulur, Avropa qurumları isə bu məsələyə laqeyd yanaşırlar. Nəticədə müsəlmanlara qarşı nifrət onların cəmiyyətdən təcrid olunmasına, bu isə öz növbəsində radikal cərəyanların yaranmasına gətirib çıxarır. Milli və dini münaqişələrdən çıxış yolu multikulturalizmi və tolerantlığı təbliğ və təşviq etməkdir.

S.Fətəliyeva qeyd edib ki, Fransada və Avropada keçirilmiş son seçki kampaniyalarında təşviqatını məhz mövcud hakimiyyətin müsəlmanlar, milli azlıqlar və immiqrasiyaya dair siyasətini tənqid etmək üzərində quran millətçi düşüncəli siyasi partiya və hərəkatların uğur qazanması tendensiyası müşahidə olunur. Bu, kifayət qədər acınacaqlı tendensiyadır, çünki bu partiyalar güclənir, bir sıra ölkələrdə aparıcı müxalifət partiyalarına çevrilirlər. Bütün bunların nəticəsində bəzi ölkələrdə islamofobiyanın artması müşahidə olunur.
Bu gün demokratik ölkələrin ksenofobiya, islamofobiya və antisemitizm təhlükəsi ilə üz-üzə olduğunu deyən azərbaycanlı deputat belə riskləri dəf etməyin yolunun birlik, dialoq və hərtərəfli strateji baxış olduğunu bildirib. Qeyd edib ki, Avropa ksenofobiya, islamofobiya, antisemitizm, xristianofobiya, nifrət nitqi və populizmin artmasına qarşı mübarizə aparmaqla yanaşı, artan bərabərsizliklərə, ayrı-seçkiliyə qarşı da mübarizə aparmalı və bərabərlik siyasətini gücləndirməlidir.
“Demokratiyalarımız bu tendensiyalar qarşısında risk altındadır. İbadət ocaqlarına hücumlar adi hala çevrilir. Biz bu problemləri, ancaq birlik, açıqlıq, dialoq və hərtərəfli strateji baxışla həll edə bilərik. Təhlükəsizliyin bölünməzliyi prinsipi əsas götürülməlidir. Demokratik inkişaf üçün demokratik dəyərlər sisteminə təhlükə yaradan təhlükəsizlik problemlərinə vahid yanaşma formalaşdırmaq lazımdır”, – deyə S.Fətəliyeva diqqətə çatdırıb.
O, multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu və həyat tərzinə çevrildiyini vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…