28.10.2024 04:30:14
30 baxış
Bu yazını paylaşın
İqtisadi

Sevil Mikayılova: Vaxtında görülən tədbirlər Azərbaycan iqtisadiyyatına mənfi təsirləri neytrallaşdırmağa imkan verdi

22 Yanvar 2022

Bu gün bütün dünyanı narahat edən məsələlərdən biri də inflyasiya və qiymət artımlarıdır. Bu məsələ bütün dünya ölkələri qarşısında mühüm bir çağırışa çevrilib və hökumətlər öz iqtisadiyyatlarını qlobal mənfi təsirlərdən qorumaq üçün müxtəlif tədbirlər həyata keçirirlər. Əlbəttə ki, qlobal inflyasiya və qiymət artımları Azərbaycana da mənfi təsirsiz ötüşmədi. Lakin dövlətimiz tərəfindən vaxtında görülən zəruri tədbirlər Azərbaycan iqtisadiyyatına mənfi təsirləri neytrallaşdırmağa, insanlarımızın bu təsirləri daha az hiss etməsinə imkan verdi. Ötən il bu istiqamətdə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini göstərdi. Belə ki, görülən tədbirlər nəticəsində 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyini təmin etmək mümkün oldu.

Qlobal bahalaşmanı şərtləndirən əsas faktorlar arasında qlobal istiləşmə və quraqlıq, tələb-təklif arasında balansın pozulması, logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşmasını qeyd etmək mümkündür.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevil Mikayılova söyləyib.
Deputat bildirib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb.
Bu gün Azərbaycan dünyanın 170-dən çox ölkəsi ilə ticarət əməliyyatları həyata keçirir. Bu səbəbdən də dünyada ərzaq qiymətlərinin yüksəlməsi ilə əksər ölkələrdə, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlib.
S.Mikayılovanın sözlərinə görə, bunun nəticəsidir ki, qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur. 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli dərəcədə aktivləşib və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olub.
Ötən ilin dekabrında dünya bazarlarında taxılın qiymətində son iki ilə nəzərən 45 faizdən çox artım baş verib. Belə ki, 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabrda 340 dollara qədər artıb.
“Lakin dövlət bu artımların insanlara təsirlərini azaltmaq üçün müvafiq tədbirlər həyata keçirir. Belə ki, ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləği artırılıb, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi 2024-cü ilədək uzadılıb, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlər ayrılıb.
Bütün bunlara baxmayaraq buğda və unun qiymətlərinin real qiymətlərdən uzunmüddətli dövrdə belə aşağı səviyyədə saxlanılması çətin məsələ idi və nəticədə unun və çörəyin qiyməti artıb. Amma bu halda da hökumət süni qiymət artımına imkan verməmək üçün müvafiq qabaqlayıcı tədbirlər görür”, – deyə deputat vurğulayıb.
S.Mikayılova bildirib ki, bunun üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri daha da gücləndirilib, respublikanın 68 şəhər və rayonu üzrə unun satışı, çörəyin çəki və qiymətinə gündəlik ciddi monitorinqlər aparılır.
“Bununla yanaşı, bahalaşmanı nəzərə alaraq ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət yetirilir. Azad edilmiş torpaqların təxminən 100 min hektarında Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əkin işlərinin aparılması ərzaq təhlükəsizliyini təmin edəcək, həm də kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılması bu sektorda artımı dəstəkləyəcək”, – deyə Sevil Mikayılova əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…
Back To Top