32 baxış
Bu yazını paylaşın
Dünya

Səudiyyə Ərəbistanının nəşri Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyindən yazıb.

27 İyul 2022

Səudiyyə Ərəbistanının “Alyoum” nəşrində “Azərbaycan Qoşulmama Hərəkatına yeni məzmun gətirib” sərlövhəli məqalə dərc olunub.

TELEJURNAL. az AZƏRTAC-a istinadən  xəbər verir ki, məqalədə deyilir: “ABŞ-ın “National Interest” nəşri yazır ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı (QH) üzv ölkələrin problemləri ilə bağlı səmərəli təşəbbüslərlə çıxış edib. 2019-cu ildən bəri Hərəkata üzv olan 120 ölkənin səsi qlobal arenada daha çox eşidilməyə başlayıb. Rəsmi Bakı COVID-19 pandemiyasının başladığı vaxtdan bu qlobal bəlanın iqtisadi və sosial fəsadlarının aradan qaldırılması istiqamətində səylər göstərib. 2002-ci il mayın 4-də QH-nin 45 ölkənin və beynəlxalq təşkilatların iştirakı ilə mühüm sammiti keçirilib. Həmçinin BMT Baş Assambleyası çərçivəsində keçirilən xüsusi sessiyada bəşəriyyəti narahat edən problemlər müzakirəyə çıxarılıb. Bundan başqa, Azərbaycanın sədrliyi dövründə QH-nin strukturunun təkmilləşməsi və daha effektiv beynəlxalq təşkilata çevrilməsi prosesi başlanıb. Hərəkatın Parlament Şəbəkəsi və Gənclər Şəbəkəsi, həmçinin Prezidenti İlham Əliyevin irəli sürdüyü Nyu-Yorkda ofisin açılmasına dair təşəbbüs üzv ölkələr tərəfindən yüksək qiymətləndirilib.

Məqalədə vurğulanıb ki, QH-nin son vaxtlarda keçirilən tədbirləri bu təşkilatın sülh və təhlükəsizlik məsələlərinin, həmçinin üzv ölkələrin özləri arasında problemlərin həllində mühüm rol oynaya biləcəyini göstərdi. 2020-ci ilin sentyabr-noyabrında ərazi bütövlüyünü təmin etmiş və hazırda sülh və regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən Azərbaycanın təcrübəsi buna imkan verir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…