166 baxış
Bu yazını paylaşın
İqtisadi

Səttar Möhbalıyev: “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ölkəmiz üçün faydaları böyük olacaq

18 Yanvar 2022

Bu gün ölkəmizdə “Yaşıl enerji” strategiyasına keçid prosesi uğurla icra edilir və genişmiqyaslı xarakter daşıyır. Bu istiqamətdə artıq bir sıra iri layihələr yekunlaşdırılıb və ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında alternativ enerji əhəmiyyətli rol oynamaqdadır.
“TELEJURNAL” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə də bu istiqamətdə xeyli iş görülməkdədir. Həmin ərazilərdə günəş və külək enerjisindən geniş istifadə olunması nəzərdə tutulub. Bu layihələr Şərqi Zəngəzurun və Qarabağın enerji təchizatında kifayət qədər əhəmiyyətli rol oynayacaq və bölgənin ekoloji sağlamlığına təkan verəcək. Yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən təməli qoyulan 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası ölkəmizdə ən böyük bərpaolunan elektrik enerjisi stansiyası olaraq, Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addımdır. Layihə, eyni zamanda, məşğulluğun artmasında, sahə üzrə ixtisaslı kadrların hazırlanmasında, təbii qaza qənaət olunmasında böyük əhəmiyyət daşıyacaq. Həmçinin dünyanın tanınmış şirkətlərinin Azərbaycanda böyük vəsait tələb edən iri layihələr icra etməsi ölkəmizdə bərqərar olan iqtisadi sabitliyi, əlverişli investisiya mühitini göstərir.
“Təməlqoyma mərasimində çıxışı zamanı dövlətimizin başçısı İlham Əliyev Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əməkdaşlıqdan bəhs etdi. Həqiqətən də iki ölkə arasında münasibətlər çox yüksək səviyyədədir. Səudiyyə Ərəbistanı ölkəmizin haqq işini bütün müstəvilərdə hər zaman müdafiə edib, hətta işğal siyasətinə görə Ermənistanla diplomatik münasibətlər qurmayıb. Həm işğal dövründə, həm də müharibə gedən vaxt biz bu mənəvi dəstəyi görmüşük. Bu ölkədən olan turistlərin də ölkəmizə marağı artmaqdadır. Pandemiyaya qədər hər il minlərlə turist ölkəmizə gələrək gəzməli-görməli yerləri ziyarət edirdilər. Pandemiya səbəbindən bəzi məhdudiyyətlərə baxmayaraq, ərəb turistlər yenə də ölkəmizə gəlməkdədir. Bütün bunlar ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsində əhəmiyyətli rola malikdir”, – deyə Milli Məclisin deputatı qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…