30 baxış
Bu yazını paylaşın
Siyasi

Səttar Möhbalıyev: Azərbaycan və Türkiyənin birliyini heç kim və heç bir qüvvə poza bilməz

14 Yanvar 2022

Azərbaycanla Türkiyəni sarsılmaz tellər bağlayır. Bu birliyi heç kim və heç bir qüvvə poza bilməz.

“TELEJURNAL”AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Türkiyənin ən böyük həmkarlar ittifaqı olan Hak-İş Birliyinin nümayəndə heyəti ilə görüşündə səsləndirib.

AHİK-in sədri Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş ölkənin bütün ictimaiyyətinə, həmkarlar ittifaqlarına Vətən müharibəsində ölkəmizə göstərdikləri hərtərəfli dəstəyə görə təşəkkürünü bildirib.

İki ölkənin həmkarlar təşkilatları arasında əməkdaşlığın yüksək səviyyəsindən və perspektivlərindən bəhs edən Səttar Möhbalıyev birgə fəaliyyətin səmərəliliyini qeyd edib.

Bildirilib ki, Vətən müharibəsinin qazilərinin müalicəsinə yüksək səviyyədə kömək göstərilib. Türkiyə parlamenti də xalqımıza, dövlətimizə dəstəyini əsirgəməyib.

Azərbaycanın regionda yaratdığı reallıqdan danışan sədr Zəngəzur dəhlizinin Ermənistan da daxil olmaqla bütün region ölkələrinin inkişafına töhfə verəcəyini vurğulayıb.

Səttar Möhbalıyev Türkiyə Hak-İş Birliyinin rəhbərliyinə şəhid ailələrinə, qazilərə kömək məqsədilə göstərdikləri maddi dəstəyə görə də təşəkkürünü bildirib.

Sədr bu yaxınlarda Türkiyəyə səfər edəcəklərini və meşə yanğınları olan sahədə ağaclar əkəcəklərini diqqətə çatdırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…