55 baxış
Bu yazını paylaşın
İctimai

Şərqi Zəngəzur iqtisadi rayonunda mövcud olan yataqlar beynəlxalq investorların sərəncamına veriləcək

18 Noyabr 2022

İşğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları böyük həcmdə mineral xammal ehtiyatlarına malikdir. 1991-ci ilə qədər burada 167 yataq kəşf edilib, bunlardan 15-i filiz, 126-sı tikinti materialları və qeyri-filiz yataqları, 26-sı isə termal-mineral və şirin su yataqlarıdır.

TELEJURNAL xəbər verir ki, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

“Regionumuz çox zəngin ehtiyatlara malikdir. Burada 800-dən çox təzahürümüz mövcuddur. Həmin təzahürlər zaman-zaman yataqlaşdırılacaq. Regionun bərpa quruculuq işlərində bilavasitə yerli xammaldan istifadə edilməsi ön plana çıxır. Hazırda həmin istiqamətdə çox gərgin fəaliyyətimiz mövcuddur. Azad edilmiş ərazilərdə bərpa quruculuq işlərində xüsusilə yol infrastrukturunun salınmasında yerli xammaldan müvəffəqiyyətlə istifadə edilir. Həmin xammal ehtiyatları geniş şəkildə istismarçıların öhdəsinə verilib. Güman edirəm ki, ən yaxın gələcəkdə Şərqi Zəngəzur iqtisadi rayonunda mövcud olan qızıl, gümüş və mis yataqları beynəlxalq investorların sərəncamına veriləcək”, – deyə Ə.Əliyev qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…