35 baxış
Bu yazını paylaşın
İctimai

Sərhəd Qoşunlarının şəhid hərbi qulluqçusu Qəbələdə dəfn edilib

13 Sentyabr 2022

Sərhəd Qoşunlarının şəhid hərbi qulluqçusu Elşən Babazadə Qəbələdə dəfn edilib.

 

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir, 1996-cı il təvəllüdlü Elşən Sahib oğlu Babazadənin nəşi doğulub boya-başa çatdığı rayonun Mıxlıqovaq kəndinə gətirilərək kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Dəfndən öncə şəhidin ruhuna hörmət olaraq fəxri qarovul düzülüb və yaylım atəşi açılıb.

 

E.Babazadə dəfn olunduqdan sonra Azərbaycanın bayrağı şəhidin atası Sahib Babayevə təqdim edilib.

 

Qeyd edək ki, 26 yaşlı E.Babazadə nişanlıydı, iki bacının yeganə qardaşı idi.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…