26 baxış
Bu yazını paylaşın
Dünya

Sergey Lavrov: Qərb Rusiya taxılının tədarükünü süni surətdə əngəlləməyə çalışır

08 İyul 2022

Bakı, 8 iyul, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki, Qərb Rusiya taxılının müqavilə bağlanmış ölkələrə tədarükünü süni şəkildə əngəlləmək cəhdlərini davam etdirir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İyirmilik Qrupunun (G20) xarici işlər nazirlərinin iclasında iştirakının yekunlarını şərh edərkən deyib.

“Statistika aydın şəkildə göstərir ki, Ukrayna limanlarında qalan taxıl dünya istehsalının bir faizdən azını təşkil edir və onun ərzaq təhlükəsizliyinə real təsiri yoxdur. Qərbdən Rusiya ilə müqavilə bağlayan ölkələrə taxıl tədarükünə süni şəkildə yaratdığı maneələri aradan qaldırmasını tələb edirik”, – deyə Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Türkiyənin köməyi ilə açıq dənizlər vasitəsilə alıcılara daşınacaq yükün təhlükəsizliyini təmin etməyə hazırdır. “Problem ondadır ki, Qərb NATO qüvvələrinin iştirakı ilə bu proses üçün hansısa beynəlxalq monitorinq və ya mexanizm yaratmaq istəyir”, – deyə Rusiya XIN rəhbəri əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…