36 baxış
Bu yazını paylaşın
Dünya

Seneqalda etirazlar fonunda mobil internet bağlanıb

01 Avqust 2023

Seneqalda müxalifət lideri Usman Sonkonun həbsi ilə əlaqədar yaşanan qarşıdurmalar ilə əlaqədar ölkənin Rabitə, Telekommunikasiya və Rəqəmsal İqtisadiyyat Nazirliyi iğtişaş təhlükəsi və sosial şəbəkələrdə etiraz çağırışlarının yayılmasının mümkünlüyü səbəbindən bu gün mobil internetin fəaliyyətini dayandırıb.

Bu barədə TELEJURNAL  TASS-a istinadən xəbər verir.

Nazirlikdən verilən məlumata görə, mobil internetin dayandırılması ictimai asayişin pozulması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirdir.

Bundan əvvəl Seneqalın paytaxtı Dakardakı məhkəmənin nümayəndəsi Sonkonun üsyan məqsədilə bir qrup şəxslə əlbir olmaqda, üsyana çağırışda, cinayətkarlarla sövdələşmədə və dövlətə qarşı bəzi şəxslərlə sövdələşmədə ittiham olunduğunu bildirmişdi. Prokurorluq sübut kimi, müstəntiqlərin fikrincə, Sonkonun insanları hakimiyyətə qarşı çıxmağa hazır olmağa çağırdığı telefondakı səs yazısını göstərib.

Səs yazısının ortaya çıxması müxalifətçinin iyulun 28-də öz evində həbs edilməsinə səbəb olub. O, iyunun 1-dən, Dakar cinayət məhkəməsinin 49 yaşlı Sonkonu uşaqlara təcavüzdə təqsirli bildiyi və iki il müddətinə azadlıqdan məhrum etdiyi gündən binanı tərk etmək hüququ olmadan orada olub. Prokurorluq bildirib ki, Sonko bir müddət əvvəl onu qoruyan qadın polisdən mobil telefonunu zorla alaraq, onun vasitəsi ilə tərəfdarlarına müraciət edib ki, bu da üsyana cəhd kimi qiymətləndirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…