21.10.2024 12:20:16
131 baxış
Bu yazını paylaşın
İctimai

Şəmkirdə qazilərlə görüş keçirilib

15 Avqust 2022

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir rayonunda mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşlər keçirilir, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.

Avqustun 12-də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev qazilərimizin bir qrupu ilə növbəti görüş keçirib.

TELEJURNAL xəbər verir ki, Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, icra başçısı qazilərlə söhbətində 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfərdən danışıb.

Vətən müharibəsində Şəmkirin igid oğullarının qəhrəmanlıqlarından söhbət açan Rəşad Tağıyev şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından, onların sosial müdafiəsinin təmin olunması istiqamətində görülən işləri də qeyd edərək, qazilərimizin səhhəti və qayğıları ilə maraqlanıb.

Eyni zamanda icra başçısı Şəmkir rayonunda qazilərlə bağlı görülən işlər, həyata keçirilən layihələr haqqında da məlumat verib.

O bildirib ki, qazilərin qaldırdığı məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdiriləcək, digər dövlət orqanlarının səlahiyyətlərinə aid olan məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilatlara rəsmi müraciət olunacaq.

Qazilər göstərilən diqqətə görə təşəkkürlərini bildirib, səhhətlərində problem olmasına baxmayaraq yenə Müzəffər Ali Baş Komandanın əmrinə hazır olduqlarını diqqətə çatdırıblar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…
Back To Top