316 baxış
Bu yazını paylaşın
Siyasi

Səməd Seyidov: Bəzi beynəlxalq təşkilatlar kapitulyasiyaya imza atan Ermənistana təsəlli verməyə çalışırlar

29 Yanvar 2022

Avropa Şurasında, eləcə də müxtəlif beynəlxalq təşkilatlarda müharibədə kapitulyasiya edən Ermənistana hər yolla təsəlli vermək istəyirlər. Bu təsəlli hazırlanan sənədlərdə də əksini tapır. Ermənistanda gedən prosesləri dəstəkləmək, onlara yardım göstərmək və bu istiqamətdə müxtəlif işləri təşkil etmək, hətta məruzələrdə ermənilərin istədiyi formada ifadələrdən istifadə etmək kimi vasitələrə əl atılır.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov müsahibəsində ifadə edib.
Bildirib ki, məruzələrdə istifadə olunan ifadələr Avropa Şurasının, eləcə də digər təşkilatların rəsmi sənədlərində yoxdur. Ancaq bu məruzə Ermənistana gedir, bəzi ermənipərəst qüvvələrin bu sənəddən öz məkrli məqsədləri üçün istifadə etdiklərinə görə onlara bu şəkildə dəstək verilir.
“Bütün bunlara baxmayaraq, Azərbaycan nümayəndə heyətinin üzvləri öz sözlərini dedilər. Xüsusilə də minalarla bağlı sözümüzü dedik. Çox çalışırdılar ki, mina məsələsini gündəmdən çıxarsınlar, ancaq bunu bacarmadılar. Bununla bağlı fikrimizi təkidlə bildirdik və bu məsələ məruzədə öz əksini tapdı.
Ermənistan indi həm Qərblə münasibətlər qurmaq, həm də onlara regionda dəstək verən qüvvələrlə, xüsusilə də Rusiya ilə əlaqələri saxlamaq niyyətindədir”, – deyə S. Seyidov diqqətə çatdırıb.
O qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar Fransada gündəlik yoluxmanın 500 mini keçməsinə baxmayaraq, Azərbaycanın iki deputatı sessiyada şəxsən iştirak edir, nümayəndə heyətinin digər üzvləri isə müzakirələrə onlayn formatda qoşulurlar. Nümayəndə heyətimizin üzvləri Avropa Şurası Parlament Assambleyasının müxtəlif komitələrinə rəhbər vəzifələrə seçiliblər ki, bu da bizə öz sözümüzü çatdırmağa imkan yaradır. Bundan sonra da AŞPA-da fəaliyyətimizi uğurla davam etdirəcəyik.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsindəki Zəfərindən sonra AŞPA sessiyalarında qalib dövlətin vətəndaşları kimi iştirak edirik. Sessiyalarda ab-hava artıq dəyişib.
Biz həqiqətləri söyləyirik, ölkəmizin milli maraqlarını müdafiə edirik. Bizimlə münasibətləri yüksək səviyyədə təşkil edənlərə dəstək, bizə qarşı çıxanları isə açıq şəkildə tənqid edirik. Çünki Prezidentimizə və xalqımıza arxalanırıq. Qarabağ Azərbaycandır!”,- deyə S. Seyidov vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…