22 baxış
Bu yazını paylaşın
İctimai

Səhiyyə nazirinin müavini dərmanların digər ölkələrlə müqayisədə baha olmasına münasibət bildirib

04 İyul 2023

“Dərman alıcının seçimi yox, həkimlərin, təəssüf ki, bəzi hallarda əczaçının tövsiyəsi əsasında olur. Tənzimlənmə isə bu kimi sui-istifadələrin qarşısını alır”.

Telejurnal  xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.

Nazir müavininin sözlərinə görə, dərmanların qiymətlərinin tənzimlənməsi eyni metodla həyata keçirilir:

“Dərmanlara əmtəə kimi baxdıqda bu fərqlənir. Ölkədə olan dərman qiymətlərini başqa ölkə ilə müqayisə etdikdə nəzərə almaq lazımdır ki, həmin preparatlar həmin ölkənin öz istehsalıdır ya yox”.

R.İsmayılov əlavə edib ki, hər bir ölkənin dərman vasitələri üçün vergi faizləri də fərqlidir:

“Müqayisə edilən ölkənin əhali sayına da fikir vermək lazımdır. Bu da ölkə sifarişlərinə təsir edir. Qiymətlər də hər bir ölkəyə görə fərqli təyin olunur. Daxili istehsalı olan ölkəyə təyin edilən qiymətlərdə başqa olur”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…