28 baxış
Bu yazını paylaşın
İctimai

Şəhid zabitin bacısı: “Ravil deyirdi ki, ya Milli Qəhrəman, ya da general olacam”

15 Sentyabr 2022

“Ravil deyirdi ki, mən ya Milli Qəhrəman, ya da general olacam. O, hərb peşəsini çox sevirdi. Bu yay komando təlimində birinci yer tutmuşdu. Hərbi təlimlərdə xüsusi fəallıq göstərirdi”.

“TELEJURNAL.AZ” xəbər verir ki, bu sözləri Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Mübariz oğlu Hümbətovun bacısı Sevinc Əliyeva deyib.

S.Əliyeva qeyd edib ki, Ravil hərb peşəsinə yüksək dərəcədə, biliklə yiyələnmişdi: “O, universitet bitirsə də, hərb peşəsini öz istəyi, həvəsi ilə seçmişdi. Bu peşədə sevə-sevə xidmət göstərirdi”.

S.Əliyeva bildirib ki, Ravil Hümbətov 44 günlük Vətən müharibəsində də iştirak edib: “Döyüşlərdə xüsusi şücaətlər göstərmişdi. O, altmış səkkiz gün cəbhə bölgəsində qaldı. Bu yaxınlarda keçirilən antiterror əməliyyatında da iştirak etdi”.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Mübariz oğlu Hümbətov Erməni silahlı birləşmələrinin Ermənistan Azərbaycan sərhədində törətdiyi təxribat nəticəsində şəhid olub. Şəhid bu gün İkinci Fəxri Xiyabanda dəfn edilib.

Ravil Hümbətov əslən Cəbrayılın Yarəhmədli kəndindəndir. O, ailəlidir, iki azyaşlı övladı var. Şəhid leytenanta ikinci övladını cəmi iki gün görmək nəsib olub.

Ermənistan silahlı qüvvələri sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…