59 baxış
Bu yazını paylaşın
Müsahibə

Şəhid Xəyyam Daşdəmirovun xalası oğlu Rüfət Baxışovun müsahibəsi

18 İyul 2023

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub və hücuma keçməyə cəhd göstəriblər. Lakin görülən adekvat tədbirlər nəticəsində düşmənə ciddi zərbə endirilib və o itki verərək geri oturdulub. Beləliklə, Ermənistan silahlı birləşmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Döyüşdə düşmənin hücumunun qarşısını alarkən ordumuzun bir sıra hərbi qulluqçuları şəhid olub. Tovuz döyüşlərində Polad Həşimov, İlqar Mirzəyev, Anar Novruzov, Namiq Əhmədov, Yaşar Babayev, İlqar Zeynallı, Elçin Mustafayev, Elşad Məmmədov, Xəyyam Daşdəmirov, Vüqar Sadıqov, Rəşad Mahmudov şəhid olub.

 Bu günün önəmi ilə bağlı şəhid Xəyyam Daşdəmirovun xalası oğlu Baxışov Rüfət bəydən Telejurnal.az müsahibə götürdü, biz sizə müsahibəni təqdim edirik:

 

1. Xəyyam bəylə ən yadda qalan və səmimi xatirəniz hansı idi? Onu bizimlə paylaşa bilərsiniz?

Xəyyamla biz uşağlıqdan bir yerdə böyümüşük. Çox xatirələrərimiz olub bir kəlməyə sığmaz.

Ən maraqlısını deyim sizə. Bir gün otaqda oturmuşuq, siqaret paçkası tapdılar, sual verdilər ki, kimindi bu? Xəyyam dedi ki, mən maşın ustasıyam çəkən deyiləm. Mən dedim əsgər gedirəm, çəkən deyiləm. Əmoğlu dedi ki, məndə ayaqqabı ustasıyam. Evdəkilər biraz çaşdı. Amma həmin an çox güldük. Kaş yenə elə olardı..

 

2. Hərbi sahəsinə maraq Xəyyam bəydə nə zaman formalaşıb, bu yolu özü seçmişdi?

Hərbi sahəni bəli özü seçmişdi. Özünün uşağlıqdan arzusu idi ki, əsgər olsun. Ermənilərin adı gələndə deyirdi ki, gedəcəm ora, hamısın öldürməmiş ölməyəcəm. Sağ-salamat da qayıdıb gələcəm.

 

3. Xəyyam bəylə münasibətiniz necə idi? Xasiyyəti necə idi?

Xəyyamla aramız çox gözəl idi. Münasibətimiz belə çox gözəl olub. Hər yerə bir gedərdik, bir gələrdik, bir yerdə oturub, bir yerdə durardıq, bir yerdə yeyib içərdik. Özünün xasiyyəti çox qızıl bir insan idi. Allah ona qəni-qəni rəhmət eyləsin. Bir ürəyi var idi ki, pambıqdan yumşaq. Amma heyif..

 

4. Tovuz döyüşləri zamanı Xəyyam bəylə əlaqə saxlaya bilmişdizmi? O zamanlar siz nə hislər keçirdiniz?

Döyüş zamanı bəli, əlaqə saxlamışdıq, özü zəng vurmuşdu. Deyirdi hər şey yaxşıdı, hər şey çox gözəldir, narahat olmayın, yaxşıyam. 2 ay oldu ki, xəbər çıxdı ki, Xəyyam yaralanıb. Darmadağın oldum, çox pis təsir elədi. Nə qədər etdimsə, inana bilmədim ki, Xəyyam ölüb..

 

5. Xəyyam bəy kənddə insanlar tərəfindən necə xatırlanır?

Xəyyam kənddə çox gözəl xatırlanır. Heç kimin ağzından düşmür. İki kəlimədən biri Xəyyamdır.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Aytac Haciyeva

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…