106 baxış
Bu yazını paylaşın
İctimai

Şəhid Xəyyam Daşdəmirov

17 İyul 2023

Xəyyam Məhəmməd oğlu Daşdəmirov 2002-ci il fevralın 22-də İsmayıllı rayonunun Balik kəndində anadan olub.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Xəyyam Məhəmməd oğlu Daşdəmirov doğulduğu İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Telejurnalın verdiyi xəbərə görə, dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Xəyyam Daşdəmirov Bakı şəhəri Binəqədi Rayonu Biləcəri qəsəbəsində yaşayıb, 314 nömrəli tam orta məktəbdə oxuyub. 18 yaşı var idi. Subay idi.

Kənd sakinlərinin sözlərinə görə, idmana böyük maraq göstərən Xəyyam çox mehriban və vətənpərvər insan olub. Xəyyam Daşdəmirov 2020-ci ildə mayın 8-də hərbi xidmətə yola düşüb.

 

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Daşdəmirov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Aytac Haciyeva

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…