40 baxış
Bu yazını paylaşın
İctimai

Şəhid uşaqları üçün yay düşərgəsi başlayır.

29 İyul 2022

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid uşaqları üçün növbəti yay istirahət düşərgələri təşkil olunub.

TELEJURNAL. az Report-a istinadən  xəbər verir ki, Agentliyin sosial sifarişi əsasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Qubada həyata keçiriləcək layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən birinin müşayiət edəcəyi də nəzərə alınmaqla 140 nəfəri) əhatə edəcək.

Sosial Xidmətlər Agentliyinin Sosial sifarişlər və layihələr departamentinin müdir müavini Fərhad Allahverdizadə bildirib ki, layihə iki mərhələdən ibarət olacaq:

“Hər mərhələdə uşaqlardan və valideynlərdən ibarət 70 nəfərin Qubaya 5 günlük yay istirahət düşərgəsinə göndərilməsi nəzərdə tutulub. İlk qrup olaraq 70 nəfər bu gün xüsusi ayrılmış avtobuslarla Qubaya yola salınıb.

29 iyul – 3 avqustda şəhidlərimizin övladları Qubanın tarixi və gəzməli yerlərinə ekskursiya edəcək. Bir sıra əyləncəli interaktiv təlimlərdə iştirakla öz bacarıqlarını inkişaf etdirəcəklər”.

Qeyd edək ki, onlar bu regionda yerləşən məşhur istirahət mərkəzlərində qalaraq dincələcəklər. Bu müddət ərzində uşaqlarla interaktiv oyunlar, su idmanı və istirahəti, eyni zamanda müxtəlif psixoloji seanslar təşkil ediləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…