26 baxış
Bu yazını paylaşın
Siyasi

Şəhid Sərxan Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

16 Yanvar 2022

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan əsgər Sərxan Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə çıxış edənlər rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərdən, bu Qələbənin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının qəhrəmanlığından və şəhid əsgərin həyatından danışıblar.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə əsgər Əliyev Sərxan İslam ölümündən sonra müxtəlif medallarla təltif olunub.
Şəhidin valideynləri İslam Əliyev və Esmira Pərvanəyeva övladları haqqında xatirələrini bölüşüb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Mərasimin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi tərənnüm edən musiqilər ifa ediblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…