24 baxış
Bu yazını paylaşın
İctimai

Şəhid polkovnik-leytenantın xatirəsi anıldı

25 May 2023

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Qəbələ şəhərində Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan “Vətən Müharibəsi Qəhrəmanı” şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun xatirəsinə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı anım tədbiri keçirilib.

 

“Telejurnal” xəbər verir ki, tədbirdə rayon ictimaiyyəti, şəhid ailələri və qazilər, Peşə Təmayüllü liseyin kollektivi, gənclər və məktəblilər iştirak edib. Tədbir iştirakçılarını salamlayan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışında qeyd edib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi yönündə bu kimi görüşlərin təşkil olunmasının əsas məqsədi şəhidlərin keçdiyi döyüş yolunu və qəhrəmanlıq salnaməsini gənclərə çatdırmaq, onların xatirəsini daima qürurla, ehtiramla yad etməkdir.

Vətən müharibəsi veteranı, şəhidin döyüş yoldaşı polkovnik leytenant Cabir Zeynalov qəhrəmanın döyüş yolunun gənc nəslimizin böyüməsində, hərbi tərbiyəsində böyük rolundan danışıb. Bu cür qəhrəmanlıq salnaməsinin təhsil müəssisələrində təqdimatının əhəmiyətini vurğulayıb.

 

Tədbirdə şəhidin döyüş yolundan bəhs edən sənədli film nümayiş olunub, şəhidin adını daşıyan Qəbələ şəhər 3 saylı orta məktəbin şagirdlərinin hazırladığı qəhrəmanlıq ruhlu musiqi kompozisiyası təqdim edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…