176 baxış
Bu yazını paylaşın
Müsahibə

Şəhid İlqar Zeynallının qardaşı Sənan Zeynallının müsahibəsi

13 İyul 2023

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub və hücuma keçməyə cəhd göstəriblər. Lakin görülən adekvat tədbirlər nəticəsində düşmənə ciddi zərbə endirilib və o itki verərək geri oturdulub. Beləliklə, Ermənistan silahlı birləşmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Döyüşdə düşmənin hücumunun qarşısını alarkən ordumuzun bir sıra hərbi qulluqçuları şəhid olub. Tovuz döyüşlərində Polad Həşimov, İlqar Mirzəyev, Anar Novruzov, Namiq Əhmədov, Yaşar Babayev, İlqar Zeynallı, Elçin Mustafayev, Elşad Məmmədov, Xəyyam Daşdəmirov, Vüqar Sadıqov, Rəşad Mahmudov şəhid olub.

Bu günün önəmi ilə bağlı şəhid İlqar Zeynallının qardaşı Sənan Zeynallıdan Telejurnal.az müsahibə götürdü, biz sizə müsahibəni təqdim edirik:

1.Sənan bəy qardaşınızla bağlı ən səmimi və özəl xatirəniz nə olub? Və onu bizimlə bölüşə bilərsiniz?

İlqarla biz tək qardaş olmamışıq, həm də dost olmuşuq. İlqarla olan xatirələri danışmaq üçün günlər, aylar lazımdır. Ən gözəl xatirələrimiz daha çox özəl günlərdə-məsələn, İlqarın, mənim ad günümdə olub. Məktəb vaxtı bəzi müəllimlər ikimizi çox oxşadır, hətta çox vaxt məni İlqar və ya İlqarı mənim adımla çağırırdılar. Həmişə bunu deyib gülərdik.

2. Hərbi sahəsinə maraq İlqar bəydə nə zamandan formalaşıb və bu yolu özü seçmişdi?

İlqarın uşaqlıqdan hərbiyə, həmçinin futbola da marağı olmuşdur. Tovuzun Turan komandasında 18 yaşa qədər bütün heyətlərdə oynamışdır. Futbol meydançalarından biri İlqarın adınadır. İlqar çox vətənpərvər idi. Həmişə Mübarizi və digər şəhidlərimizi, Xocalı faciəsini və s. xatırlayar, danışardı. Məhz o vaxtdan hərbiyə maraqı var idi.18 yaşından sonra Hərbi tibb fakültəsinə daxil oldu və oranı yüksək qiymətlərlə bitirdi. Daha sonra təyinatı Beyləqana verildi. O,Beyləqanda aprel döyüşlərində iştirak etdi və böyük igidlik göstərdi, fəxri fərman, diplomlarla təltif olundu. Həmişə çevikliyi, xasiyyəti, vətənpərvərliyi ilə bir addım öndə olurdu.

3.Qardaşınızın xasiyyəti necə idi? Ümumiyyətlə qardaşınızla aranız necə idi?

İlqarı tanıyan dost və tanışları, yaxın qohumlar həmişə deyib ki, İlqar dürüst, mərifətli, mədəni, heç kimin xətrinə dəyməz, böyüklə böyük, kiçiklə kiçik olar, hər kəsə hörmətlə yanaşardı.İndidə Tovuzun yerli sakinləri ilə görüşəndə onlar göz yaşları ilə qardaşımı xatırlayır, bu isə mənə çox təsir edir. Onlar həmişə deyir ki, İlqar təkcə sizdən deyil, həm də eldən getdi. İlqar haqqında danışmaq mənim üçün çox çətindir, onun barəsində nə qədər danışsam, yenə də qurtarmaz. İlqar yoxdur və mən yarı qalmışam.

4.2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı qardaşınızla əlaqə saxlaya bilmişdiniz mi? O anlarda siz hansı hissləri keçirdirdiniz?

Döyüş başlayandan biz narahat idik və İlqarla daim əlaqəmiz olurdu. İlqar həmin döyüşün tam mərkəzində idi, şəhid olduğu günə qədər də orda oldu və döyüşdü. O, son nəfəsinə qədər igidlikdə mübarizə apardı. Yaralı döyüş yoldaşlarının cəbhədən çıxarılmasında böyük şücaət göstərib. İlqara dəfələrlə bildirilirdi ki, ön cəbhədən aşağı düşəcək, amma o razı deyildi, ön cəbhədə qalıb mübarizə aparırdı və 7 illik xidmətində həmişə ön cəbhələrdə olub.

Eyyubova Nərminə 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…