54 baxış
Bu yazını paylaşın
Siyasi

Şəhid ailələri ilə görüş

31 Mart 2022

Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələri daim diqqət mərkəzində saxlanılır, onların qayğıları ilə maraqlanılır.

30 mart 2022-ci il tarixində YAP Zəngilan rayon təşkilatının və Zəngilan rayon İcra hakimiyyətinin təşəbbüsü ilə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, RİH-nin məsul əməkdaşı Kəmaləddin Məmmədov və YAP Zəngilan rayon təşkilatının Azərbaycan Menecment və İnvestisiya Korporasiyası (AMİK) üzrə Ərazi Partiya Təşkilatının üzvü Sitarə Səfərova Vətən Müharibəsi şəhidi Səfərov Fariz Şəmil oğlunun ailəsində olmuş, onların problem və qayğıları ilə maraqlanmışlar.
YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə və digər iştirak edənlər şəhidin ailə üzvlərinə başsağlığı vermiş və xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq şəhid olan bütün qəhrəmanlarımıza Allahdan rəhmət diləyiblər.
Şəhid ailələrinin məişət qayğıları ilə maraqlanılması istiqamətində görülən işlərlə əlaqədar Zəngilan rayon İcra hakimiyyətinin və YAP Zəngilan rayon təşkilatının Azərbaycan Menecment və İnvestisiya Korporasiyası üzrə Ərazi Partiya Təşkilatı tərəfindən təşkil edilmiş ərzaq payı şəhidin ailəsinə verilmişdir.
Şəhid Fariz Səfərovun qəhrəmanlığından söz açan ailə üzvləri onun Vətən uğrunda göstərdiyi şücaəti ilə qürur hissi keçirdiklərini, onunla fəxr etdiklərini dilə gətirib, hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şəhidin 4 övladı yadigar qalıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…