117 baxış
Bu yazını paylaşın
Siyasi

Səfirlik: Ukraynadan təxliyə olunmaq istəyən Azərbaycan vətəndaşlarının siyahısı hazırlanır

28 Fevral 2022

Müharibənin ilk günündən Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının, soydaşlarımızın təxliyəsi üçün siyahı hazırlanır. Ən çox müraciət Kiyev, Xarkov, Odessa, Dnepr şəhərlərindəndir. “TELEJURNAL” bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
Məlumata görə, hazırda səfirlik təhlükəsizlik üçün vətəndaşlarımızın olduqları yerdə qalmalarını tövsiyə edir. Çünki yollarda təhlükəsizlik problemi var. Ancaq paralel olaraq təxliyə prosesləri gedir.
“Ukraynada əsas problem nəqliyyat və benzin ilə bağlıdır. Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, diaspor fəalları, SOCAR, Azərbaycanın Xarkovdakı fəxri Konsulluğu, Türkiyənin Azərbaycandakı səfirliyi koordinasiyalı şəkildə işləyir. Hazırda 1000-dən çox insan təxliyə olunmaq üçün səfirliyə müraciət edib. Təhlükəsizliyə zəmanət verildiyi halda, təxliyə prosesinə başlanılacaq”, – deyə məlumatda qeyd olunub.

Əlavə olaraq, müşahidə olunan məlumata əsasən, Ukraynada artıq ərzaq və yanacaq qıtlığı hiss olunur. Kiyevdə yanacaqdoldurma məntəqələri işləmir. Çox az sayda işləyən ərzaq dükanlarının qarşısında isə uzun növbələr var.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…