56 baxış
Bu yazını paylaşın
Siyasi

Səfir: “Vətən müharibəsindəki Zəfərlə Xocalı qurbanlarının qisası alınıb”

20 Fevral 2022

“Xocalı faciəsi Azərbaycan tarixinə ən dəhşətli səhifə kimi daxil olub. 30 il öncə şəhər əhalisinə qarşı amansız qətliam törədilib”.

“TELEJURNAL” Report-a istinadən  xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə “Xocalıya ədalət” adlı sərginin açılış mərasimində deyib.

Səfir soyqırımı ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat təqdim edib.

Onun sözlərinə görə, faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ədalətin zəfər çalmasına öz töhfəsini verir:

“Bu istiqamətdə ən başlıca beynəlxalq layihələrdən biri 2008-ci ildən davam edən “Xocalıya ədalət” kampaniyasıdır. Aparılan fəaliyyət nəticəsində bir sıra mühüm qərar və qətnamələr qəbul edilib. Sizi “Xocalıya ədalət” çağırışına səs verməyə çağırıram. Dünya Xocalı soyqırımını tanımalıdır”.

Səfir qeyd edib ki, 44 günlük Vətən müharibəsindəki Zəfərlə Xocalı faciəsinin qurbanlarının qisası alınıb və günahsız qurbanların qanları yerdə qalmadı.

F.Quliyev Tbilisidəki sərginin ərsəyə gəlməsində əməyi keçən Heydər Əliyev Fondu başda olmaqla bütün qurumlara təşəkkür edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…