24 baxış
Bu yazını paylaşın
Siyasi

Səfir: Qətər Azərbaycan ilə əlaqələri daha da genişləndirməyə çalışır

16 Dekabr 2022

Qətərin Milli Gününün qeyd olunması bu il xüsusi əhəmiyyət kəsb edir. Bu, FIFA Dünya Çempionatına Qətər Dövlətinin ev sahibliyi etməsi ilə üst-üstə düşür. Hər iki tədbir Qətər xalqının mədəniyyətini dünyaya nümayiş etdirmək imkanı yaradır.

TELEJURNAL xəbər verir ki, bu fikirləri Qətərin Milli Günü münasibətilə keçirilən tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab söyləyib. Səfir 2023-cü ildə Qətər-Azərbaycan ikitərəfli münasibətlərinin 30 illiyinin qeyd olunacağını bildirərək ikitərəfli münasibətlərin səviyyəsindən, sivil və bəşəri dəyərlərə əsaslanan, birgə əməkdaşlıq və müştərək maraqlara, qarşılıqlı hörmət və etimada söykənən əlaqələrdən böyük qürur duyduğunu vurğulayıb.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə iki ölkə arasındakı əlaqələr bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və sosial sahələrdə dostluq və əməkdaşlıq tellərinin möhkəmləndirilməsi, xalqlarımız və ölkələrimiz üçün daha çox tərəqqi və firavanlığa nail olmağa yönələn maraq və əzmlə səciyyələnir.

Qətər Dövləti siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməklə, ticarət mübadiləsini və investisiya imkanlarını asanlaşdırmaqla Azərbaycan Respublikası ilə əlaqələri daha da genişləndirməyə çalışır”, – deyə səfir bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…